SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

22 Kasım 2016 Salı

QURANDAKI UYĞUNSUZLUQLAR !!!


Bir iqtidar düşünək:
Bir dediyi digər dediyi ilə uyuşmayan, dünən söylədiyini bugün dəyişdirən, sabah nə deyəcəyi məlum olmayan, icrasına başladığı layihələri yarımçıq qoyub başqa icraatlara keçən... Belə bir iqtidara güvən duyula bilərmi? Tutarlı, istiqrarlı olduğu söylənilə bilərmi? Aldığı qərarların, çıxardığı qanunların hər çağda keçərli ola biləcəyi düşünülə bilərmi? Savaş və iqtisadi böhran kimi fövqəladə vəziyyətlərdən başqa, əlbəttə, bu uyğunsuzluqlar normal qarşılanmaz.

Yaxşı bəs Allah tərəfindən göndərildiyi iddia edilən ayələrdəki hökm dəyişiklikləri? İqtidarlar nəticədə insanlardan ibarətdir və xəta edə bilərlər, amma yaradana xəta yaraşdırmaq mümkünmüdür?
Öncəki ayələrlə uyuşmayan ayələrə etiraz edildiyinə görə bu ayə ilə etiracçılara cavab verilir:
Bəqərə/106: Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

Quran ayələrinin dəyişdirilə biləcəyini deyir. Bəs dəyişdirilibmi? - Özü də nə qədər? Aşağıdakı ayə bunu doğrulayır onsuz da:
Nəhl/101: Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu başqası ilə əvəz etdikdə) - Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha münasib olduğunu) Özü daha yaxşı bilir - (Kafirlər Muhəmmədə): "Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)" - deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz! 
Ayələr dəyişdirilib ki, Məhəmməd həzrətlərinə etiraz edilir və “bunları sən uydurursan” deyilir. Quran göydən zənbillə enməyib. Bir səfərdə yazılmış bir kitab da deyil. Məhəmməd həzrətlərinin peyğəmbərliyini elan etməsindən ölümünə qədər olan 23 il boyunca baş verən hadisələrə görə yazılmış və  vəziyyətə görə hər hansı ayələri daha sonra dəyişdirilmiş bir kitabdır. İndisə hökmləri ləğv edilən ayələrə bir neçə nümunə verək: 

1-Bir müsəlman neçə kafirə bədəldir?
ƏNFAL/65:  Ya Peyğəmbər! Mö´minləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın mö´minlərə olan köməyini) anlamayan bir tayfadır!
Bu ayəni oxuduğunuz zaman dərhal keçərli olduğunu düşünməyin, çünki dəyişdirlib. Onu keçərsiz qılan ayə isə belədir:
ƏNFAL/66: (Ey mö´minlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!

2-Peyğəmbərdən sual soruşmağın bədəli sədəqə vermək olarsa:
MÜCADİLƏ/12: Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir! (p.s təvsirə diqqətlə fikir versəniz məna ilə necə oynanıldığını anlayacaqsınız) 
Ayədəki sədəqə şərti səbəbilə heçkim sual soruşmağa getmədiyindən dolayı, aşağıdakı ayə ilə bu şərt ləğv edilib:
MÜCADİLƏ/13:Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır! 

3- İslamın kredosu doğrudurmu?
NİSA/78: Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: "Bu Allahdandır!" - deyərlər, bir pislik üz verdikdə isə: "Bu səndəndir!" - söyləyərlər. (Onlara) de: "Hamısı Allahdandır". Bu camaata nə olub ki, az qala söz də anlamır! 
Ayədə yaxşılığın da, pisliyin də Allahdan olduğu söylənilsə də, yanılmayın! Çünki dəyişdirilmişdir:
NİSA/79: (Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.

4-Bəs müsəlman olmayan, tək tanrıya və ölüm sonrası həyata inananların vəziyyəti nə olacaq deyirsiz?
BƏQƏRƏ/62: İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.
Bu ayədən yola çıxaraq başqa dindən olarsa belə yaxşı insanın cənnətə gedəcəyini düşündünüzsə, yanıldınız:
ƏLİ-İMRAN/85: Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

5-Sizcə ilk müsəlman kim idi?
ƏNAM/163: Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!"
Bu ayəyə görə Məhəmməd peyğəmbər ilk müsəlmandır, amma bu yaə artıq keçərsizdir:
ƏRƏF/143: Musa tə´yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) "Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən", - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!" - dedi.
Bu ayə də Musanın ilk müsəlman olduğunu göstərən ayədir, amma o da hökmsüzdür! Hər ikisini hökmsüz qılan ayə belədir:
ƏLİ-İMRAN/67:  İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.
 İbrahim Məhəmməddən də, Musadan da öncə yaşadığı üçün müsəlmanlığı onlardan öncədir. Adəm, İdris, Nuh kimi İbrahimdən öncə yaşamış olan peyğəmbərlərin müsəlmanlıq sırasının isə hesaba qatılmadığını görürük.

6-Qənimətlər kimindir?
ƏNFAL/1: (Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: "Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö´minsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!  (P.s: təvsirin necə məna dəyişdiyinin bir daha şahidi oluruq bu arada)
Amma ərəblər bir dəfə dadıblar qəniməti. Xüsusən də bədəvilər qənimət olmadan savaşmağa yanaşmayıblar. İslam peyğəmbərini bu mövzuda sıxışdırırlar və nəticəni əldə edirlər:
ƏNFAL/41: (Ey mö´minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!

7-Cənnətin genişliyi nə qədərdir? 
ƏLİ-İMRAN /133: Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin!
Cənnətin genişliyi “göylərlə yer qədər” şəklində ifadə edən bu və bənzəri olan ayələri düzəldən ayə:
HƏDİD/21: Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.
Demək ki, cənnətin genişliyi göylərdən yerə qədər deyil, göydən yerə qədər imiş. “Göylə yer arası”-nın nə demək olduğu isə ayrı məqalənin mövzusudur.

8-Yermi öncə yaradıldı, yoxsa kainatmı?
BƏQƏRƏ/29: Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!
Amma “necə ola bilər ki,  kainatdan əvvəl Yer yaradıldı” deməyin! Bu ayənin hökmü artıq qalmayıb. Yerinə keçən ayə:
NƏZİƏT/27-30: Sizi yaratmaqmı çətindir, göyümü?  Allah onu bina etdi. Tavanını yüksəltdi, onu bir düzənə qoydu. Gecəsini qaraltdı, gündüzünü çıxardı. Bundan sonra da yerüzünü döşədi.

9-Allahdan başqa şəfaətçi olacaqmı?
Quranın bir çox ayələrində “Allahdan başqa şəfaətçinin olmadığı” ifadəsinə rastlaya bilərik. Məsələn 
ƏNAM/51: Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Qur´anla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!
Amma bu ayələr sizi yanıltmasın! Allahdan başqa şəfaətçi vardır. Doğrusu aşağıdakı ayədədir:
MƏRYƏM/87: Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər).

NƏTİCƏ:
Quran araşdırıldıqda görüləcəkdir ki, bu verdiyimiz nümunələrə bənzər şəkildə çox sayda ayə var. Əsas da Məkkə dönəmi ayələri ilə Mədinə dönəmi ayələrində bu fərq bariz olaraq görülür. Bu uyğunsuzluq və tutarsızlıqların səbəbini tanrıya-Allaha bağlamaq mümkün deyildir. Qurandakı uyğunsuzluqların səbəbini Tanrıda deyil, hazırlayanlarda, Məhəmməd həzrətlərinin düşüncə və davranışlarında, məntiqində və dəyişən həyat şərtlərində axtarmaq lazımdır. 23 il boyunca davam edən Quran yazılmasında hər insanın 15-20 il əvvəlki fərqli əhatədə və hadisədə nə yazdığını xatırlanması mümkün deyildir. Daha öncə yazdıqlarını yoxlaması da mümkün olmaya bilər. Ya da daha öncə yazsa belə, ətraf və hadisələr o yazdığını dəyişdirmək məcburiyyətinə sala bilər. Ayələr araşdırılarkən yazılma səbəbləri və yaşanan hadisələr ilə birlikdə araşdırılarsa görüləcək ki, bir qisim uyğunsuzluqlar onun günlük siyasətinə gərəkənləri öz içində olduğu vəziyyətə uydurmağa çalışmasından, bir hissəsi gücsüz vəziyyətdən güclü vəziyyətə keçmiş olmasından, bir hissəsi unutqanlığından, bir hissəsi uğradığı məğlubiyyətlərin məsuliyyətindən qurtulmaq istəməsindən, bir qismi də bilgi yetərsizliyi və ya yanlışlığından və ən nəhayət bir hissəsi də başqa qaynaqlardan duyub öyrəndiklərini bir-birinə qarşıdırması ya da öz fikrincə dəyişikliklər edərək çatdırmaq istəməsindən qaynaqlanır. 

Serdar Kaangil


Daha çox tərcümə yazısı üçün Seymur Oruc`u izlə


Hiç yorum yok:

Yorum Gönder