SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

6 Nisan 2016 Çarşamba

Sülh inci deyil - Sadəcə İncidir

Sülh inci deyil! – sadəcə incidir !

Sülh inci deyil! – sadəcə incidir...
   Məqalənin başlığı başqa bir dildə olsa idi, bizim dilimizdəki qədər maraqlı və ironik səslənməyəcəkdi. Bəlkə də bizim fərqimiz elə buradan başlanır – məsələn Qarabağdan. Əlbəttə, bu çox ciddi zamanda söz oyunu oynamaq istəmərəm, amma söz Qarabağdan gedir, Qarabağımızdan, ya da qara bağımızdan! 
       Dünyanın başqa – çox uzaq bir yerində başqa bir millətin nümayəndəsindən soruşsanız ki, əmin-amanlıq, sülh, atəşkəs – bunlar sizin üçün nəyi ifadə edir? Veriləcək tək cavab olacaq – bunlar ən dəyərli sərvətdir. Onlara desəniz ki, əslində belə deyil, onlar sizə əvvəlcə güləcək, sonra bu gülümsəmə kinayəyə dönüşəcək və sonda o sizdən “sizin probleminiz yoxdur ki?” deyə soruşacaq. Əslində o, “problem” anlamında başqa bir şeyi nəzərdə tutmuşdur, amma əsas odur ki, problemin olduğunu artıq o da hiss etmişdir...