DİQQƏT!!! Bu
kitabda gələcəyə dair verilən bütün məlumatlar, adı çəkilən təşkilat və hadisələr,
bütün hekayələr xəyal məhsuludur. Gerçək həyatda baş verən hadisələrdən
alıntılar hesabına onlardan heç bir asılılığı olmadan yazılmışdır.
“QIZIL ÇAĞ: Qaranlığın Hakimiyyəti” romanı
“MM-S Müəssisəsi”
/ 2017
304 səhifə. 500 tiraj
304 səhifə. 500 tiraj
Seymur
ORUC (Seymur Oruc oğlu Həmzəyev)
Ön söz əvəzi
Roman hal-hazırda Dünya üçün olduqca önəm kəsb edən
Qlobal bir mövzunu əhatə edir. Belə ki, insanların həyatları öz normal axarında
ikən, böyük ideyanın təbliğatçısı və icraçısı VƏD partiyası (Vahid Ədalət
Dünyası partiyası) ortaya çıxır. Adından da göründüyü kimi, partiyanın əsas qayəsi
vahid bir Dünya dövləti yaratmaq və uzun əsrlər boyunca nə qədər ictimai
reformasiyalar bir-birini əvəz edirsə etsin, əsla mövcud olmayan ədalət düzənini
bərqərar etməkdir. Bunun üçün puldan, dövlətlərdən və sərhədlərdən, eləcə də
milliyətçilikdən və fərqli-fərqli bayraqlardan, mövcud dünyanın hüquq sistemindən
və dindən qurtulmaq lazım idi. Lakin sıradan insanlar ideyanın qalib gəlməsi
üçün küçələrə axışıb mövcud hakimiyyətlərə qarşı çağırışlar edərkən, bütün
bunlardan xəbərsiz idilər. Onlar sadəcə daha rahat həyat arzusunda idilər. O
zamanlar deyirdilər ki, “elə bir bolluq dövrü bizi gözləyir ki, adicə hər evə gələn
su xəttlərinin birindən yağ, digərindən isə bal axacaq”. “Pul ləğv olacaq,
ancaq hər kəs öz işində çalışmağa davam edəcək. Məhsul almağa gəldikdə isə, hər
kəs istədiyi vaxt istədiyi dükana girib ona lazım olan qədər məhsulu heç bir
kassaya heç bir pul ödəmədən götürüb çıxıb gedəcək”. Lakin, görəsən, bütün
bunlar həqiqət idimi? Yoxsa, insanlar sadəcə aldadılırdılar?
Romanda bütün bu qlobal hadisələrin siravi
insanların həyatına hansı təzahürü verdiyini göstərmək üçün sıradan bir azərbaycanlı
ailəsinin və onun ətrafının adi başlayan hekayələrinin zamanla – bugün üçün –
necə fantastik görünən bir hekayəyə çevrildiyinin də şahidi olacaqsınız.
Halbuki, qəhramanlarımız Tamara və Mehdi atalarının yaşadığı kimi sıradan bir həyat
yaşamağı necə də çox istəyirdilər.
Ayrıca romanda mövcud dövrümüzün imkanlı təbəələrinə
və onların yaşayışına vurğu üçün Kərim obrazı yaradılmışdır. Dövrümüzün “mən
Allaha inanıram, mən cənnətlə mükafatlandırılacam” deyərək bütün ibadətlərini
yerinə yetirən, lakin insaniyyətdən uzaq olan dırnaqarası möminlərinə (əsl
möminlərlə qarışdırılmaması olduqca labüd bir obraza) xitabən yaradılmış Səid
obrazı cəmiyyətimizə cavablandırılması mütləq lazım olan ilahi bir sualı verir:
hansımız daha yaxşı, hansımız daha pis insanlarıq? Yazıçı Aylin obrazı ilə əsasən
Azərbaycan cəmiyyəti üçün sərgilənməsi və ictimai qınağa uğradılması labüd olan
qadın obrazını yaratmışdır. Xeyr, o, nə əxlaqsız qadındır, nə də namusundan heç
kimə pay verməmişdir. O, sadəcə bir kişiyə arxalanmadan yaşamağın imkansız
olduğuna inanan, həyatdakı tək qayəsi himayəsində olduğu bir kişinin var olması
üçün çalışan sıradan bir qadındır. Bundan əlavə Zeynəb və Kərim cütlüyündən,
onların əhatəsindən ibarət bir ideal ailə modeli yaradılmışdır ki, yazıçı
bununla əslində əsas xoşbəxtliyin dəqiq olaraq nədən ibarət olduğunu sərgiləməyə
çalışmışdır. Bir istək uğruna bu ailənin dağılması isə “canımdan və qanımdan
olan bir övladı özümdən sonra mütləq qoymalıyam” çağırışının nə qədər absurd
olduğunu, uşaqlar evində onlarla, yüzlərlə uşaq bir ailənin gəlişini gözlədiyi
vaxtlarda bir ailənin bir uşaq üçün nələrdən keçə biləcəyini və sonda dünyaya gələcək
o uşağın himayəsiz qaldığından kimə və nəyə dönüşəcəyini, həmçinin, uşaqlar
evində böyüyən o uşaqların da eyni taleyi bölüşəcəyini obrazlaşdırmışdır.
Bununla da, əsas olan şeyin fərdiyyətçilikdə olmadığı göstərilməyə çalışılmışdır.
İdeyanın yaradıcısı Havkins, onun maliyyələşdiricisi
və sədri Hari Çevron, ona qarşı sərt təbliğatın başında duran Avqust Klements və
hər şeyə rəğmən dini ayaqda tutmağa çalışan Keit Momin obrazları isə, xüsusən,
onların son səhnələrdəki davranışları cəmiyyətə növbəti inkaredilməz mesajlar
aşılayır.
Bir çoxları kitabın sonlarında yazıçının ifrat
fantastikaya meyilləndiyini söyləyəcəksə də, burada əslində, bir çox şey
fantastik pərdənin arxasında simvollaşdırılmış, cəmiyyətə cavablanması lazım
olan sualları şüuraltı ötürür.
Kitabda bir sıra ilahi hekayələr də işlənilmiş,
onların dünyəvi təzahürü yazıçının öz fikrincə səhnələşdirilmişdir. Görəsən,
şeytanmı insanın sınağıdır, ya insanmı şeytanın?
Həmçinin Allah və dinlər ideyası sorğulanmışdır,
lakin yazıçı belə böyük bir məsuliyyətə səthi yanaşaraq sualın cavabını
oxucunun öz iqtidarına buraxmışdır. Bu da kitabı oxuyanın dini əqidəsinin nə
olursa olsun, xələl görməməsi istəyindən irəli gəlir. Yazıçı “Allah var, ya
yoxdur sualını cavablandırmamışdan əvvəl, insan var, ya yoxdur sualını
cavablandırmalıyıq” deyərək, bizim ilk öncə nəyi sorğulamalı olduğumuza işarə
edir.
Əsər geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur.
Uşaqların oxumaması üçün, əslində, heç bir maneə olmasa da, kitabın içindəki
ideyaların çoxluğu və ağırlığı səbəbilə bu məsuliyyəti onların kürəyinə yükləməmək
tövsiyə olunur.
Ümumilikdә isә, Azərbaycan yazıçısının da belə bir kitab
yaratdığını görmək, olduqca sevindiricidir.
Redaktor: Azәr Elşadoğlu
Redaktor: Azәr Elşadoğlu
Tәqdim edilib: 29 oktyabr 2017/kitabevim.az

Hiç yorum yok:
Yorum Gönder