SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

4 Ekim 2016 Salı

Ərəblərin Azərbaycana İkinci Yürüşü - Bu dəfə kitabsız gəliblər


Ərəblərin bax elə buna bənzər bir axınını daha xatırlayıram. Xatırlayıram dediyim, yəni tarixdən bilirəm və hansı ki, gündə 5 dəfə (bəzən də 3 dəfə) səslənən avaz hər dəfə bunu yadımıza salır. Yenə hər zaman beynimdə canlanan o müəmmalı suala – “niyə gürcülər, ya da ermənilər deyil də biz?” sualına keçmədən birbaşa keçirəm ərəblərin özünə. 12-13 əsr əvvəl gələn dalğa özü ilə birgə bir kitab və bir inanc gətirmişdi. Maraqlısı bundadır ki, o zamanlar gələn ərəblərin kitabına da inanmışdıq, inancına da. Xilafətə tabe olmuş, gələnləri bac-xəraclarla yola salmışdıq, amma indi – o hadisələrin üzərindən yüz illər keçdikdən sonra müasirləşən ərəbləri, hansı ki, sadəcə Kəbə-dən qazanılan bir illik pullar hesabına bütün Azərbaycanı satın ala biləcək ərəbləri, hansı ki, neft və qaz milyonçuları olan ərəbləri nədənsə bəyənmirik. Mən bu halda illər əvvəlki əcdadlarımızın ağlına şübhə edə bilərəm – düşünə bilərəm ki, görün əsrlər əvvəlki ərəblər hansı gündə olublar...
Burada növbəti sual ortaya çıxır – biz nə zaman bu qədər qudurduq? Dolların manatımızı ayaqlar altda aldığı zamanlarda hazır dollarlarla ölkəmizə təşrif buyuran bu “ağ geyimli mələkləri” niyə qəbullanmaq istəmirik? Ərəblər hər zaman biliblər, bizə dəqiq nə zaman gəlmək lazımdır. Elə əsrlər əvvəl bildikləri kimi.
Ərəblər bu gün də nə Ermənistana, nə də Gürcüstana getmirlər. Əvəzində Ermənistanı deyə bilmərəm, amma Gürcüstana kifayət qədər irəliləmiş ölkələrdən turistlər gəlirlər. Belə demək mümkünsə, əcdadların buraxdığı səhvlərin cəzasını bugün də çəkməkdəyik. Mənə zatən bizim tarix kitablarımıza əsasən elə gəlir ki, bizim bu torpaqlar yalnızca karvansaray olub, özü də heç kəs torpaqbasdı ödəmədən gəlib, “basdalayıb”, gediblər. Alnımıza damğa kimi vurulmuş bu “qonaqpərvərliyimiz”-dən yola çıxaraq gələn hər qonağa, məsələn elə ərəblərə canla-başla qulluq etmişik...
Mən bir avropalı məntiqi ilə düşünürəm: şərqdə hər dəqiqə bir bomba partlayır, müsəlmanlar hər dəqiqə haradasa terror edirlər. O tərəflərdə İran adlı bir dövlət var – qapqaradı. Hə, orada – Gürcüstanın və Ermənistanın yaxınlığında bir dövlət var ki, əhalisinin böyük əksəriyyəti müsəlmandır. Üzr istəyirəm, mən niyə Azərbaycana getməliyəm ki?
Əlbəttə, belə olduqda da, əlinə düşən bir-iki turistdi bacardığımız qədər yola bilmək üçün qiymətlər bahadı və bu yalnız yeyib-gəzmək bilən ağ geyimli mələklərin ödəyə biləcəyi məbləğlərdi.
Mən həmişə düşünmüşəm – indiki ərəbləri deyil də, əsrlər əvvəlki ərəbləri istəməsə idik, görəsən bugün necə yaşayırdıq. Düşünün: xristian ölkəsi, Avropaya daha yaxın, enerji yataqları olan, ipək yolunun üzərində yerləşən bir dövlət olsaydı Azərbaycan, güman ki, bizim torpaqlarımız elə bizdə də qalacaq idi, ən əsası ərəbimiz olmayacaq idi.

Hal belə deyilsə, normaldır ki, ərəb gələcək də, yeyəcək də, 4 arvada öyrəşən ərəb qızlarımıza söz atacaq da, hovuzda dincələcək də, çiməcək də, lap elə ... 

Seymur ORUC`u

Hiç yorum yok:

Yorum Gönder