Açığı Salam Sarvanı bu məsələyə kimi çox da
tanımırdım. O qədər artıq pulum da yox idi ki, onun kitablarını alıb poeziyası
ilə tanış olum. Yəni əgər adam bu məsələ ilə reklam olunmaq istəyirdisə, məncə
yetərincə yetdi məqsədinə. “Millətimin birliyi” burada da onu, nəinki onu, onun
bütün nəslini lazimincə dəyərləndirdi. Amma bir şeyi deyim ki, bu qısa
tanışlığımız anında Salam Sarvanın fikirləri mənə çox maraqlı gəldi. Bu qədər dərin
düşünə bilən bir şairin belə bir səhv buraxması, nədən qaynaqlana bilər, anlam
verə bilmədim.
Əslində, sədrləri dövlətin bu sahəyə ayırdığı
pullarla əyninə kostyum geyinib “mən sədrəm” havaları ilə ortalıqda
dolaşanların rəhbəlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin çağdaş, amma
qüsursuz bir yazıçı, şair yetişdirməsi onsuz da mümkünsüz kimi görünürdü. Adda ədəbiyyatı
və ədəbiyyatçıları mühafizə edib, əməldə əksini müdafiə edən bu şəxslərin
ortaya çıxardıqları kəslərdən biri idi Salam Sarvan da.
Bu mövzu ilə bağlı Salam Sarvana təhqir dolu şeirlər ünvanlayanlar da oldu, onun tərəfini müdafiə edənlər də. Məsələn onu müdafiə edənlər
bildirirlər ki, Salam cənabları əslində bütün türkçülərə deyil, “mən bozqurdam”
havası ilə alçaqlıq edənlərə ünvanlayıb bu sözü.
Mən isə bu məsələdə də yenə də qızıl orta
prinsipindən yola çıxmaq istəyirəm. Ortada Salam Sarvanın belə bir mənfur əməli
və buna görə onun şəninə söyüşlər yağdıran digərlərinin mənfurluqları var.
Tamam, ola bilər ki, Sarvan bəy onu müdafiə edənlərin dediyi kimi, konkret bir
neçə türkçüyə, ya da bir qrupuna ünvanlayıb bu sözləri. İnsanıq, bəzən olur belə
şeylər. Məsələn, içkili halı olub, bir türkçü ona səhv davranıb, o da belə bir
statusla intiqam almaq istəyib. Amma düzgündürmü bu? Mən qızıl ortanı sevənlərdənəm,
amma nə qədər fırlamağa çalışsam da, Sarvan bəyi müsbət çıxaracaq, heç nə tapa
bilmirəm. Tamam, haqlı ola bilər! Məsələn, mənim də zəhləm gedir, türkçü
havaları ilə ortalıqda dolaşan, açıq demək gərəksə, bir qrup düşük yığını. Bozqurdun
dəqiq nə olduğunu bilməyib, bozqurdluq edənlər. Amma bu anlayışın gerisində
qos-qocaman bir ideya, bir məfkurə dayanır. Bu məfkurə o məfkurədir ki, yüz illər
boyunca dünyanı idarə edib. Bu məfkurə o məfkurədir ki, Salam bəyin özünün
varoluş səbəblərindən biridir. Bu məfkurə içərisində Azərbaycanın da var olduğu
qos-qocaman Turan məfkurəsidir ki, görürük ki, Salam bəy zatən, bunu da təhqir
etmişdir.
Min nəfərlik bir qrupda 10 nəfəri pisləmək üçün bu
qrupun adını hallandırmaq – bundan böyük axmaqlıq ola bilərmi? Bunu bir şair edərsə
bəs? Yəni bir şairin söz bazasında o qədərmi qıtlıq var ki, o qrupun tamamını
deyil, 10 nəfəri oradan çıxarıb pisləsin? Ya da bu qədərmi cəsarətsizdir ki,
konkret adlardan istəfadə etsin...ya da cəsarətlidir... Amma cəsarət, statusu
paylaşdıqdan az sonra onu silməklə ölçülmür. Birincisi bunu etmə, əgər etdinsə,
heç olmasa silmə!
Nəysə, yaş faktoru həddimi daha da aşmağa izn verməz!
Amma indi də iki kəlimə türkçülük barəsində yazmaq istərdim. Türkçülük deyil,
ümumiyyətlə Salam bəyi bütün bu məsələlərdə söyən insanların düşüncəsi
haqqında. Türkçülük, insanlıq – bunlar dərin qavramlardır! Sizin söyüşlərinizsə
göstərir ki, sizlər, o qədər dərində üzməyi bacarmırsız! Türklük,milliyyətçilik
pərdəsi altında oyunlardan çıxmaq, insanların gözündə bal qazanmaq istəkləriniz
türkçülüyü, bozqurdluğu bu qədər aşağı səviyyəyə yetirdi. Bu qədər
alçalmayın, bir də görməyək ki, Salam bəy əslində, haqlı imiş...
Seymur Oruc`u


Hiç yorum yok:
Yorum Gönder