“...Ermənistanın Azərbaycana təcavüzü davam edir!” – Mən 1994-cü il təvəllüdlü bir
Azərbaycan vətəndaşıyam. Doğumum elə bir zamana təsadüf etmişdi ki, o zamanlar
artıq savaşlar yekunlaşır, yeni səngərlər qazılır, yeni tellər çəkilir, yeni
“atəşkəslər” imzalanırdı. Ölkəmin intizarlı, ağrılı-acılı, özümünsə dünyadan
bivec, anlamaz vaxtlarım idi. Analar şəhid dərdiylə saçlarını yolub ağlarkən, mən
və mənim həm-nəslim ac olduğumçün, ya da hər nə səbəbdənsə uşaqlığın bizə
vermiş olduğu imtiyazdan istifadə edərcəsinə ağlayırdıq...

