SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

10 Ekim 2016 Pazartesi

Onlar dedilər, dedilər, dedilər...


Əvvəlcə azadlığımızı aldılar əlimizdən. Dar çərçivələrdə bir həyat vəd etdilər sağı-solu bəlli olan. Biz dünyaya gəlməmiş çəkilən sərhədləri bizə bizim sərhədlərimiz kimi sırıdılar. “Sən azadsan” dedilər o sərhədlərin çox uzağında olanlar və biz dünyaya gəldik sonrasında.

7 Ekim 2016 Cuma

Getmək bilməyən "yaşlılarımız"-a sualım var... Oxuyun, gənclər!


Bunu məndən daha çox siz tarixçilər yaxşı bilirsiniz ki, Avropa hər zaman indiki kimi olmayıb. Avropanın Avropa olması üçün yüz illər və yüzlərlə qurbanlar verilməli olub. Məsələn maraqlı bir rəvayətə görə bugün sizə romantizmin beşiyi sayılan Eyfel qülləsi bir zamanlar Paris əhalisinin havasını dəyişməsi üçün tikilib. Beləki, Parisdə və Paris yaxınlığında o qədər çox kömür mədənləri və sənaye tikililəri fəaliyyət göstərib ki, Parisin üzərinə tamamən çirkli buludlardan yorğan hörülüb. Yerə çökən bu çirkli havanı dəyişməkçün, əsl Paris havasını dadmaqçün də Eyfel qülləsi tikilib. Əlbəttə, bu rəvayət tamamən əsassızdır, amma sanki bu rəvayətin içində də bizim kimi hələ özünü təsdiqləyə bilməmiş millətlərə bir şüuraltı mesaj verilir: Biz bu qədər qurban vermişkən sizlər nə etmişdiniz?

Bakıya böyük sevgilərimlə... Nə qədər yüksəlirsə - yüksəlsin binaların



Böyük ümidlərlə çıxdığım yoldan elə əynimdə o zamankinə bənzər paltarlar və beş-üç manat pulla geri dönərkən belə bir cümlə işlətmişdim – “Nə qədər yüksəlirsə yüksəlsin binaların, amma sən - Bakı, sən həminki alçaqsan!”

6 Ekim 2016 Perşembe

Azərbaycan Səhiyyəsi: Dünən, bugün, ... sabahı olmayan həkimlərimiz!


Hər zaman düşünmüşəm ki, Azərbaycanda həkim olmaq çox asandı. İmtahana gir, kifayət balı topla, oxu, vicdanını soyun və ağ xalatı geyin! Bilirəm, yaxınlığınızda bir həkim mütləq var və o, indi bu cümləmə etiraz edir. Amma narahat olmağa dəyməz, o həkimdən bir zəhmət soruşun ki, çalışdıqları xəstəxanada “sağlamlıq haqqında arayış” neçəyədir? Tarif bütün arayışlar üçün eynidir, yoxsa, sürücülük üçün lazım olan arayış daha bahadı? Pul vermədən sürücülük üçün arayış almaq istəsək, gözümüzün harasında hansı problemi tapacaqlar? Ya da, bir zəhmət soruşun ki, heç olmasa əsgərliyə getmək üçün komisiyadan keçməyə göndərilən çağırışçılardan pul alarkən azca da olsa, vicdanları sızlamırmı? Yoxsa elə mən dediyim kimidir, həqiqətən də...

4 Ekim 2016 Salı

Ərəblərin Azərbaycana İkinci Yürüşü - Bu dəfə kitabsız gəliblər


Ərəblərin bax elə buna bənzər bir axınını daha xatırlayıram. Xatırlayıram dediyim, yəni tarixdən bilirəm və hansı ki, gündə 5 dəfə (bəzən də 3 dəfə) səslənən avaz hər dəfə bunu yadımıza salır. Yenə hər zaman beynimdə canlanan o müəmmalı suala – “niyə gürcülər, ya da ermənilər deyil də biz?” sualına keçmədən birbaşa keçirəm ərəblərin özünə. 12-13 əsr əvvəl gələn dalğa özü ilə birgə bir kitab və bir inanc gətirmişdi. Maraqlısı bundadır ki, o zamanlar gələn ərəblərin kitabına da inanmışdıq, inancına da. Xilafətə tabe olmuş, gələnləri bac-xəraclarla yola salmışdıq, amma indi – o hadisələrin üzərindən yüz illər keçdikdən sonra müasirləşən ərəbləri, hansı ki, sadəcə Kəbə-dən qazanılan bir illik pullar hesabına bütün Azərbaycanı satın ala biləcək ərəbləri, hansı ki, neft və qaz milyonçuları olan ərəbləri nədənsə bəyənmirik. Mən bu halda illər əvvəlki əcdadlarımızın ağlına şübhə edə bilərəm – düşünə bilərəm ki, görün əsrlər əvvəlki ərəblər hansı gündə olublar...