Hələ müstəqil olduğu ilk illərdən bəri Almaniya
dövlətini, sərvətini ələ keçirmiş bir qrup mənəviyyatsız insanlar birləşməsi orada at oynatmaqda davam edir. İlk illlərdən acınacaqlı həyata öyrəşmiş sadə
insanlar isə susmaqda davam edirlər.
Beləki, bir neçə gün öncə Almaniyanın Tarif şurası
qiymətlərə bir daha göz gəzdirdi və insanların hələ də yaşaya bildiklərini
görüb bunu onların necə bacardıqlarını anlamasalar da, belə qənaətə gəldilər
ki, orada elektrik və qazın qiyməti Avropa ölkələrinə nisbətən çox aşağıdır.
Almaniyada bu tendensiya illərdir var: beləki, orada dövlət illərdir öz bütün
xidmət və tariflərini avropayla ayaqlaşdırsa da, maaşlar bu standartların çox
aşağısındadır. “Bəlkə biraz yavaşlayaq” deyərək, Almaniya prezidenti ölkədəki
analoqsuz inkişafı dayandırmaq qərarına gəldi.
Almaniya müxalifəti isə bütün bu olanlara susmaqda
davam edir. Çünki bir müddət əvvəl baş qaldırmış “talana son” mitinqlərində
külli miqdarda fəal həbs olunmuşdu. Sonrasında az qala kosmik səviyyədə qiyməti
yüksəldilmiş siqaretin qiymət aşağı endirilərək buna belə bir qiyafə biçilmişdi
ki, guya xalq siqaret görə üsyan edir. Maraqlısı bundadır ki, xalq da siqaretin
ucuzlaşmasıyla susmuşdu.
Almaniya hansı səviyyədə neft ölkəsidir, bunu dəqiqliklə
demək olmaz, amma son yaşananlar göstərdi ki, Almaniya dünyanın öncül “qaz” ölkəsidir.
Görünür öz qazını öz millətinə hava vuraraq satan Almaniya höküməti yedikləriylə
yetinmək bilməyərək, qiymətləri qaldırmaq da davam edir. Almaniyanın bir nömrəli
cinsi dərmanı olan Tarif şurası isə gecələr qaldırmaqda belə görünür ki, hələ
uzun illər davam edəcək. Maraqlıdır ki, Almaniyanın Tarif şurasının hər hansısa
bir qiyməti endirməsi kimi senisassialı xəbərə hələki heç kəs şahid olmayıb. Almaniya
mark-ı isə dollar qarşısında dəyər itirməkdə davam edir.
Avropadakı bu acınacaqlı duruma baxdıqda Azərbaycanda
vəziyyət olduqca yaxşıdır. Ölkədə analoqsuz inkişaf davam edir. 2017-ci il üçün
Azərbaycanda Formula yarışlarının müvafiq 5 seriyasından ikincisi, İslam
oyunlarınınsa 4-cüsü keçirələcək. Qiymətlər, üzr istəyirəm, maaşlar sürətlə
artmaqda davam edir. Yeni (mitili çıxmış) Azərbaycan manatı sürətlə möhkəmlənməkdədir.
Telekanallarda şənlik, evlərdə bayram... hər kəs yeni ili sevinclə gözləyir.
Yeni bir il, yeni ümidlər deməkdir... (bəlkə
də nə vaxtsa, amma bu il yox)
Seymur ORUC`u


Hiç yorum yok:
Yorum Gönder