Biz istəsək də, istəməsək də din həyatımıza bir
yerlərdən mütləq öz təsirini göstərir. Xüsusən, həyatımın bu son və ən hərəkətli
1 ilində bunu şəxsən özüm aydınca hiss etmişəm. Mən nə qədər “gəlin elə edək
ki, müqəddəslər sevdiklərimizlə aramıza girməsin” dedikcə, bacardığım qədər
sevdiklərimlə arama müqəddəsləri salmadıqca, onlar daha da çox üstümə gəlirlər.
İstər təhsil həyatımda, istər iş həyatımda, istərsə də yaradıcılıq həyatımda.
Onlar mənimlə elə davranırlar ki, sanki mən bu dünyaya göz açmamışdan hələ lap əvvəl,
Allaha, onun göndərdiyi dinlərinə və kitablarına inanacağımla bağlı hər hansısa
bir müqaviləyə qol çəkmiş və yalnız bundan sonra yaşamaq hüququ əldə etmişəm.
Lakin, bəlkə də normaldır bunu xatırlamamağım, ancaq mütləq qeyd etməliyəm ki,
dostlar, mən belə bir müqaviləyə qol çəkməmişəm. Ümumiyyətlə, üzülərək qeyd etməliyəm
ki, sizlərin heç biriniz belə bir müqaviləyə qol çəkməmisiniz.
Səhifələr
Kateqoriyalar
6 Ekim 2017 Cuma
31 Aralık 2016 Cumartesi
Sən də, baba?
Salam Şaxta baba, yoxsa Santa Klausmu deməliyəm. Sənə
yazdığım son məktubumun üstündən çox illər ötür. Düzdü, o zaman yazdığım məktubu
cavabsız qoymamışdın, düzdü artıq bilirəm ki, əslində onu sən gətirməmişdin mənim
üçün. Düzdü “səndən pultlu maşın istəyirəm və bundan başqa daha heç nə istəməyəcəm”
demişdim axırıncı dəfəsində, amma insanıq da – mən nə eləyə bilərəm ki?
17 Aralık 2016 Cumartesi
Baş daşları üzərində ucaltdığınız binalar - bir gün dağ olacaqlar!!!
Yenə qəza! Yenə SOCAR! Yenə istismar müddəti ötmüş
qurğular!
Mən yüksəkmərtəbəli binaları, ümumiyyətlə, şəhər
memariyyəsini sevən biriyəm. Açığı demək gərəklidirsə, o köhnə binalardan daha
cazibəli gəlir mənə yeniləri. Məsələn, bəlkə də bir yazar üçün heç də gözəl səslənməyəcək
bunu deməyim, amma mən İçəri şəhərin binalarından daha çox bəyənirəm Alov qüllələrini.
Trump qülləsi, SOCAR qülləsi, Ağ şəhər və digər bütün yeniliklər məni hər
baxdıqca heyrətləndirir. Lakin bütün bunların batmış neftçilərin meyitləri üzərində
ucaldığını düşündükdə, ağrıyır ürəyimin bir yerləri, şübhə salır binalara olan
sevgilərimə, şübhə salır SOCAR adlı qüdrətlimizin qüdrətinə.
11 Aralık 2016 Pazar
ILLUMINATI - Siyasətin böyük yalanı
“Dünyanın mövcud düzəninin varoluşunu sürdürməsi
üçün mütləqdir ki, yeraltı təşkilatları olmuş olsun. Bu təşkilatlar dünyanın
inkişaf istiqamətini bəlirləyir, onun siyasətini və iqtisadiyyatını tənzimləyir.
Ayrı-ayrı dövlətlərin deyil, əsas olan şey onların maraqlarıdır. Onların istəklərindən
kənarda mövcud olan istənilən düzən, ideologiya məhvə məhkumdur” – kimi şeyləri
bir anlıq kənara qoyun! Məsələyə bir də əks istiqamətdən baxın!
9 Aralık 2016 Cuma
Salamsız-kəlamsız Sarvan, it hürdü, keçdi karvan ...
30 Kasım 2016 Çarşamba
Inanc və insaniyyət arasındakı ziddiyyətlər
Belə bir məşhur deyim var: “Məhəmməd S.Ə.S dirilib gəlsəydi onu ilk öldürənlər müsəlmanlar olacaqdılar”. Bu ifadənin anlamını tam dərk edə bilməyim üçün 22 il yaşamalı və bu yaşadığım müddətdə insanlar və onların inancları haqqında yazılar yazmağa başlamalıydım. Başlamalıydım ki, insanların - əsas da inanclı insanların yazılarıma yazdıqları rəyləri görüm. Ya da daha dərinə gedərək, üzümü biraz daha uzaqlara – Suriyaya, İraqa, Əfqanıstana, İrana və s. İslam ölkələrinə tutub onların güzəranlarına, orada yaşayan insanların düşüncələrinə, yaşam şərtlərinə diqqət yetirməliydim. Yetirməliydim ki, inanmaqla inanmamaq arasındakı o incə cizginin nə qədər həssas olduğunu görə bilim.
Almaniyada qaz və elektrikin qiyməti qalxdı!!!
Kaydol:
Yorumlar (Atom)







