SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

31 Aralık 2016 Cumartesi

Sən də, baba?

Salam Şaxta baba, yoxsa Santa Klausmu deməliyəm. Sənə yazdığım son məktubumun üstündən çox illər ötür. Düzdü, o zaman yazdığım məktubu cavabsız qoymamışdın, düzdü artıq bilirəm ki, əslində onu sən gətirməmişdin mənim üçün. Düzdü “səndən pultlu maşın istəyirəm və bundan başqa daha heç nə istəməyəcəm” demişdim axırıncı dəfəsində, amma insanıq da – mən nə eləyə bilərəm ki?

17 Aralık 2016 Cumartesi

Baş daşları üzərində ucaltdığınız binalar - bir gün dağ olacaqlar!!!



Yenə qəza! Yenə SOCAR! Yenə istismar müddəti ötmüş qurğular!
Mən yüksəkmərtəbəli binaları, ümumiyyətlə, şəhər memariyyəsini sevən biriyəm. Açığı demək gərəklidirsə, o köhnə binalardan daha cazibəli gəlir mənə yeniləri. Məsələn, bəlkə də bir yazar üçün heç də gözəl səslənməyəcək bunu deməyim, amma mən İçəri şəhərin binalarından daha çox bəyənirəm Alov qüllələrini. Trump qülləsi, SOCAR qülləsi, Ağ şəhər və digər bütün yeniliklər məni hər baxdıqca heyrətləndirir. Lakin bütün bunların batmış neftçilərin meyitləri üzərində ucaldığını düşündükdə, ağrıyır ürəyimin bir yerləri, şübhə salır binalara olan sevgilərimə, şübhə salır SOCAR adlı qüdrətlimizin qüdrətinə.

11 Aralık 2016 Pazar

ILLUMINATI - Siyasətin böyük yalanı


“Dünyanın mövcud düzəninin varoluşunu sürdürməsi üçün mütləqdir ki, yeraltı təşkilatları olmuş olsun. Bu təşkilatlar dünyanın inkişaf istiqamətini bəlirləyir, onun siyasətini və iqtisadiyyatını tənzimləyir. Ayrı-ayrı dövlətlərin deyil, əsas olan şey onların maraqlarıdır. Onların istəklərindən kənarda mövcud olan istənilən düzən, ideologiya məhvə məhkumdur” – kimi şeyləri bir anlıq kənara qoyun! Məsələyə bir də əks istiqamətdən baxın!

9 Aralık 2016 Cuma

Salamsız-kəlamsız Sarvan, it hürdü, keçdi karvan ...



    “Yenə biri səhv buraxıb, baltaları hazırlayaq” deyən millətimdən geri qalmamaq üçün mən də bu mövzu ilə bağlı susqunluğumu pozmaq istədim. Əslində, bu dəfə susmağı planlaşdırmışdım, amma bir günün içərisində o qədər danışıldı ki, bu mövzudan, susmaq əldə deyil. Həm də söhbətin bir digər ucunun türkçülüyə gedib yetməsi mövzu barədə sükutumu pozmalıydı da.

30 Kasım 2016 Çarşamba

Inanc və insaniyyət arasındakı ziddiyyətlər


Belə bir məşhur deyim var: “Məhəmməd S.Ə.S dirilib gəlsəydi onu ilk öldürənlər müsəlmanlar olacaqdılar”. Bu ifadənin anlamını tam dərk edə bilməyim üçün 22 il yaşamalı və bu yaşadığım müddətdə insanlar və onların inancları haqqında yazılar yazmağa başlamalıydım. Başlamalıydım ki, insanların - əsas da inanclı insanların yazılarıma yazdıqları rəyləri görüm. Ya da daha dərinə gedərək, üzümü biraz daha uzaqlara – Suriyaya, İraqa, Əfqanıstana, İrana və s. İslam ölkələrinə tutub onların güzəranlarına, orada yaşayan insanların düşüncələrinə, yaşam şərtlərinə diqqət yetirməliydim. Yetirməliydim ki, inanmaqla inanmamaq arasındakı o incə cizginin nə qədər həssas olduğunu görə bilim.

Almaniyada qaz və elektrikin qiyməti qalxdı!!!

Hələ müstəqil olduğu ilk illərdən bəri Almaniya dövlətini, sərvətini ələ keçirmiş bir qrup mənəviyyatsız insanlar birləşməsi orada at oynatmaqda davam edir. İlk illlərdən acınacaqlı həyata öyrəşmiş sadə insanlar isə susmaqda davam edirlər.

22 Kasım 2016 Salı

QURANDAKI UYĞUNSUZLUQLAR !!!


Bir iqtidar düşünək:
Bir dediyi digər dediyi ilə uyuşmayan, dünən söylədiyini bugün dəyişdirən, sabah nə deyəcəyi məlum olmayan, icrasına başladığı layihələri yarımçıq qoyub başqa icraatlara keçən... Belə bir iqtidara güvən duyula bilərmi? Tutarlı, istiqrarlı olduğu söylənilə bilərmi? Aldığı qərarların, çıxardığı qanunların hər çağda keçərli ola biləcəyi düşünülə bilərmi? Savaş və iqtisadi böhran kimi fövqəladə vəziyyətlərdən başqa, əlbəttə, bu uyğunsuzluqlar normal qarşılanmaz.

14 Kasım 2016 Pazartesi

Azərbaycan Nəşriyyatları - "bir kitabdan daha artıq"


Bir ölkədən bütün imidləri üzməyin “mən nə olursa olsun, ümidliyəm” deyən birisi üçün necə ağır bir şey olduğunu bilmirsiniz yəqin. Böyüdükcə sanki hər kəs əl-ələ verib üstünə yürüyür ki, bütün arzularından, bütün istəklərindən, özün üçün qurmağa çalışdığın o romantik gələcəyin xəyallarından əl çəkəsən. Bax ona görə də, Azərbaycan adlandırdığımız bu quru parçası istedadların doğulduğu deyil, boğulduğu yerdir.

4 Kasım 2016 Cuma

İndi sən, gözəl qız, ...


Dastanlarla böyüdü, Vurğunun təsviri ilə ucaldı Azərbaycan qadını. Amma hələ uşaq idi, onu “o” edən şeyin nə bu dastanlar, nə də onun şəninə qoşulmuş şeirlər olduğunu bilmirdi. Hələ uşaq idi, xoşbəxtliyi gəlinlikdə, evlilikdə görürdü balaca gəlinciyinin saçlarını hörərkən. Cəmiyyətinin - ən yaxınlarının, dost-doğmaca atasının, anasının onun üçün hazırladıqları mentalitet adlı oyunlarından xəbərsiz idi uşaq oyunlarını oynarkən. Namusunun 3-4 damla qanla ölçüləcəyindən də xəbərsizdi...

10 Ekim 2016 Pazartesi

Onlar dedilər, dedilər, dedilər...


Əvvəlcə azadlığımızı aldılar əlimizdən. Dar çərçivələrdə bir həyat vəd etdilər sağı-solu bəlli olan. Biz dünyaya gəlməmiş çəkilən sərhədləri bizə bizim sərhədlərimiz kimi sırıdılar. “Sən azadsan” dedilər o sərhədlərin çox uzağında olanlar və biz dünyaya gəldik sonrasında.

7 Ekim 2016 Cuma

Getmək bilməyən "yaşlılarımız"-a sualım var... Oxuyun, gənclər!


Bunu məndən daha çox siz tarixçilər yaxşı bilirsiniz ki, Avropa hər zaman indiki kimi olmayıb. Avropanın Avropa olması üçün yüz illər və yüzlərlə qurbanlar verilməli olub. Məsələn maraqlı bir rəvayətə görə bugün sizə romantizmin beşiyi sayılan Eyfel qülləsi bir zamanlar Paris əhalisinin havasını dəyişməsi üçün tikilib. Beləki, Parisdə və Paris yaxınlığında o qədər çox kömür mədənləri və sənaye tikililəri fəaliyyət göstərib ki, Parisin üzərinə tamamən çirkli buludlardan yorğan hörülüb. Yerə çökən bu çirkli havanı dəyişməkçün, əsl Paris havasını dadmaqçün də Eyfel qülləsi tikilib. Əlbəttə, bu rəvayət tamamən əsassızdır, amma sanki bu rəvayətin içində də bizim kimi hələ özünü təsdiqləyə bilməmiş millətlərə bir şüuraltı mesaj verilir: Biz bu qədər qurban vermişkən sizlər nə etmişdiniz?

Bakıya böyük sevgilərimlə... Nə qədər yüksəlirsə - yüksəlsin binaların



Böyük ümidlərlə çıxdığım yoldan elə əynimdə o zamankinə bənzər paltarlar və beş-üç manat pulla geri dönərkən belə bir cümlə işlətmişdim – “Nə qədər yüksəlirsə yüksəlsin binaların, amma sən - Bakı, sən həminki alçaqsan!”

6 Ekim 2016 Perşembe

Azərbaycan Səhiyyəsi: Dünən, bugün, ... sabahı olmayan həkimlərimiz!


Hər zaman düşünmüşəm ki, Azərbaycanda həkim olmaq çox asandı. İmtahana gir, kifayət balı topla, oxu, vicdanını soyun və ağ xalatı geyin! Bilirəm, yaxınlığınızda bir həkim mütləq var və o, indi bu cümləmə etiraz edir. Amma narahat olmağa dəyməz, o həkimdən bir zəhmət soruşun ki, çalışdıqları xəstəxanada “sağlamlıq haqqında arayış” neçəyədir? Tarif bütün arayışlar üçün eynidir, yoxsa, sürücülük üçün lazım olan arayış daha bahadı? Pul vermədən sürücülük üçün arayış almaq istəsək, gözümüzün harasında hansı problemi tapacaqlar? Ya da, bir zəhmət soruşun ki, heç olmasa əsgərliyə getmək üçün komisiyadan keçməyə göndərilən çağırışçılardan pul alarkən azca da olsa, vicdanları sızlamırmı? Yoxsa elə mən dediyim kimidir, həqiqətən də...

4 Ekim 2016 Salı

Ərəblərin Azərbaycana İkinci Yürüşü - Bu dəfə kitabsız gəliblər


Ərəblərin bax elə buna bənzər bir axınını daha xatırlayıram. Xatırlayıram dediyim, yəni tarixdən bilirəm və hansı ki, gündə 5 dəfə (bəzən də 3 dəfə) səslənən avaz hər dəfə bunu yadımıza salır. Yenə hər zaman beynimdə canlanan o müəmmalı suala – “niyə gürcülər, ya da ermənilər deyil də biz?” sualına keçmədən birbaşa keçirəm ərəblərin özünə. 12-13 əsr əvvəl gələn dalğa özü ilə birgə bir kitab və bir inanc gətirmişdi. Maraqlısı bundadır ki, o zamanlar gələn ərəblərin kitabına da inanmışdıq, inancına da. Xilafətə tabe olmuş, gələnləri bac-xəraclarla yola salmışdıq, amma indi – o hadisələrin üzərindən yüz illər keçdikdən sonra müasirləşən ərəbləri, hansı ki, sadəcə Kəbə-dən qazanılan bir illik pullar hesabına bütün Azərbaycanı satın ala biləcək ərəbləri, hansı ki, neft və qaz milyonçuları olan ərəbləri nədənsə bəyənmirik. Mən bu halda illər əvvəlki əcdadlarımızın ağlına şübhə edə bilərəm – düşünə bilərəm ki, görün əsrlər əvvəlki ərəblər hansı gündə olublar...

21 Eylül 2016 Çarşamba

Bunun adı ANS`sizlik deyil, amma ANS sizlikdir!!!


...Ermənistanın Azərbaycana təcavüzü  davam edir!” – Mən 1994-cü il təvəllüdlü bir Azərbaycan vətəndaşıyam. Doğumum elə bir zamana təsadüf etmişdi ki, o zamanlar artıq savaşlar yekunlaşır, yeni səngərlər qazılır, yeni tellər çəkilir, yeni “atəşkəslər” imzalanırdı. Ölkəmin intizarlı, ağrılı-acılı, özümünsə dünyadan bivec, anlamaz vaxtlarım idi. Analar şəhid dərdiylə saçlarını yolub ağlarkən, mən və mənim həm-nəslim ac olduğumçün, ya da hər nə səbəbdənsə uşaqlığın bizə vermiş olduğu imtiyazdan istifadə edərcəsinə ağlayırdıq...

17 Temmuz 2016 Pazar

Sənin ordun - mənim ordum, mənim ordum - öz ordum! Saman alovuna bənzər gündəmimiz ...


... Özünü “bir millət – iki dövlət” şüarına həddindən çox – fanatik şəkildə inandırmış, dəqiq olaraq nəyin olub-bitdiyindən xəbərsiz “millətçilərimizin”  az qala “Turan qurulur” sevinci ilə sevinməsinin qarşısı alındı bir gün öncə. Bəli, düzgün anladınız, bu yazıda söhbət Türkiyənin tarixi “Demokratiya günü”-ndən gedəcək, o tarix ki, bircə gündə yaşandı və tam da gözümüzün önündə yaşandı.

5 Temmuz 2016 Salı

Acların bayramıdır Ramazan !!!


Deyir acların halından anlamaq üçün, onların nələr çəkdiyini bir nəbz də olsa bilmək üçün oruc tutmaq gərək. Ac qaldığınızda bədəninizdə baş verən fiziki sağlamlaşdırma prosesi bir kənara, siz həm də bununla öz nəfsinizi sınağa çəkmiş olacaqsınız. Oruc da Allaha bir çox ibadət kimi, sırf onun şəninə ibadətdən daha çox qullarını sınaqlandırmaq, onları xeyrə dəvət etmək, pis əməllərdən çəkindirmək kimi xüsusi gözəlliyə sahib bir nemətdir. Necə də gözəl ibadət üsuludur, elə deyilmi? Ac qalaraq xroniki aclıq keçirən birilərinin nələr çəkdiyini hiss etmiş olur, bununla da siravi gündə şikayətlər yağdırdığınız həyatınızla bağlı bir ay şükr edirsiniz. Həmçinin bu ayda fitrə, zəkat kimi xüsusi ibadətlər də var ki, bunlar xüsusən təqdirəlayiqdir. Bu ibadətlər bir daha sübut edir ki, İslamın inanışa çağırdığı Allah – digər yaradanlardan fərqli olaraq, sadəcə özünətapınmağa deyil, insanlara xeyirxah əməllər etməyə də səsləyir.

6 Nisan 2016 Çarşamba

Sülh inci deyil - Sadəcə İncidir

Sülh inci deyil! – sadəcə incidir !

Sülh inci deyil! – sadəcə incidir...
   Məqalənin başlığı başqa bir dildə olsa idi, bizim dilimizdəki qədər maraqlı və ironik səslənməyəcəkdi. Bəlkə də bizim fərqimiz elə buradan başlanır – məsələn Qarabağdan. Əlbəttə, bu çox ciddi zamanda söz oyunu oynamaq istəmərəm, amma söz Qarabağdan gedir, Qarabağımızdan, ya da qara bağımızdan! 
       Dünyanın başqa – çox uzaq bir yerində başqa bir millətin nümayəndəsindən soruşsanız ki, əmin-amanlıq, sülh, atəşkəs – bunlar sizin üçün nəyi ifadə edir? Veriləcək tək cavab olacaq – bunlar ən dəyərli sərvətdir. Onlara desəniz ki, əslində belə deyil, onlar sizə əvvəlcə güləcək, sonra bu gülümsəmə kinayəyə dönüşəcək və sonda o sizdən “sizin probleminiz yoxdur ki?” deyə soruşacaq. Əslində o, “problem” anlamında başqa bir şeyi nəzərdə tutmuşdur, amma əsas odur ki, problemin olduğunu artıq o da hiss etmişdir...